Bakı -1˚C Rain

Dolların bahalaşmasına dəstək olan daha bir xəbər gəldi

Biznes 00:08 08 okt, 2022
Dolların bahalaşmasına dəstək olan daha bir xəbər gəldi

ABŞ işəgötürənləri sentyabr ayında gözləniləndən daha çox işçi işə götürüblər, işsizlik səviyyəsi  3.5%-ə düşüb və öncələri qeyd etdiyimiz kimi bu da Federal Ehtiyat Sistemini bir müddət aqressiv pul siyasətini sərtləşdirmə kampaniyasında saxlamasına işarə edir.

Qazet.az bunu ABŞ Əmək Statistika Bürosuna istinadla xəbər verirverir.

Həftənin son iş günü investorların yaxından izlədiyi məşğulluq hesabatında bildirib ki, qeyri-kənd təsərrüfatında işləyənlərin  (NFP) sayı 263 000 artıb. Avqust ayı üçün məlumatlar, əvvəllər bildirildiyi kimi əlavə edilmiş 315 000 iş yerini göstərmək üçün yenidən hazırlanıb.

Birjalar sentyabr ayında NFP-nin 250 000 artacağını proqnoz edirdi.

İşsizlik səviyyəsi ABŞ-da avqustda 3.7% təşkil etdiyi halda, sentyabrda 3.5%-ə düşüb. Bu avqusta qədər də 3.5% idi.

Əmək bazarının hələ də bu qədər aktiv olması şəraitdə əmək haqqı artımları yüksəlməsi ehtimalı qalmaqdadır. Avqust ayındaki analoji artımdan sonra orta saatlıq qazanc 0.3% artıb. Bu, əmək haqqının illik artımını avqustda 5.2%-dən 5.0%-ə endirib.

BU GÖSTƏRİCİ DOLLAR ÜÇÜN NƏ DEMƏKDİR?

ABŞ FED-i (mərkəzi bank funksiyasında olan qurum) bu ilin əvvəlində monetar pul siyasəti faizini sıfıra yaxından olduğu halda iclaslar ərzində üçüncü rüb sonuna 3 faiz bəndi artırıb və 3.25%-ə yüksəldib və sentyabrda bu il daha böyük artımların olacağına işarə edib. 2024-cü ilə qədər FED-dən yumşaq pul siyasəti gözlənilmir.

Gələn cümə axşamı sentyabrın istehlak qiymətləri hesabatı da siyasətçilərə noyabrın 1-2-də keçiriləcək siyasət iclasından əvvəl inflyasiya ilə mübarizədə irəliləyişlərini qiymətləndirməyə kömək edəcək.

Analtiklər FED növbəti iclasda faizləri 75 baza bəndi artıracağını gözləyirlər.

Yüksək faizlər öz növbəsində dünyada dolların ABŞ-a doğru “tozsovuran” effekti ilə yığılması, investorların ABŞ valyutasına sığınması deməkdir. Belə olan halda isə dünyada bütün valyutalara kəskin satışlarla üzləşdiyi üçün dollara qarşı ucuzlaşdırır.

Bildirək ki, hazırda ABŞ dolları valytalar qarşı son 20 ilin ən baha dövrünü yaşayır.