Donald Tramp: “Milyonlarla insan ABŞ-ı tərk edir”
Gündəm
14:20 21 sen, 2021
Ölkənin gələcəyilə bağlı bədbin proqnoz
![Donald Tramp: “Milyonlarla insan ABŞ-ı tərk edir”](https://qazet.az/resized/fit900x500/center/pages/26276/7f225b69-9845-44ac-bc80-6d856a14b8ce.jpeg)
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp ölkənin gələcəyi ilə bağlı bədbin proqnoz verib.
Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, ABŞ-ın üçüncü dünya ölkəsi olacağını deyib. Buna səbəb kimi isə Meksika ilə sərhəddə davam edən miqrasiya böhranını göstərib.
“Sərhədimizdə indiyədək belə hal olmayıb. Milyonlarla insan ölkəni tərk edir”, - D.Tramp bildirib.
Xatırladaq ki, D.Tramp Cozef Baydenin and içməsindən sonra ölkənin yüksək sürətlə zəifləyəcəyini demişdi.