Bakı -4˚C Rain

 Donbasla bağlı referendum keçirilə bilər

Gündəm 07:11 11 dek, 2021

 "Bu, Donbas, Krım, müharibənin dayandırılması ilə bağlı ola bilər”

 Donbasla bağlı referendum keçirilə bilər

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə Donbas üzrə ümumdövlət referendumunun keçiriləcəyini istisna etməyib.

Qazet.az xəbər verir ki, bu barədə dövlət başçısı “1+1” telekanalına açıqlamasında deyib.

“Burada statusdan söhbət getmir. Bu, Donbas, Krım, müharibənin dayandırılması ilə bağlı ola bilər”, - deyə Zelenski bildirib.

O, eyni zamanda Ukraynanın cənub-şərqində konfliktin həlli ilə bağlı ayrı bir formatın yaradılması və Rusiya prezidenti ilə birbaşa danışıqların ola biləcəyi ehtimalını da dilə gətirib.