Dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq
Gündəm
18:10 24 may, 2022
Müzakirə 25 may tarixində həyata keçiriləcək

Sabah - mayın 25-də Milli Məclisdə "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə ediləcək.
Qazet.az xəbər verir ki, bununla bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.
Toplantıda Milli Məclisin deputatları, Maliyyə Nazirliyi və Hesablama Palatasının nümayəndələri iştirak edəcəklər.