Bakı 21˚C Sunny

Dövlət büdcəsinin qalığı artıb

Biznes 13:17 16 noy, 2022
Dövlət büdcəsinin qalığı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 27 milyard 29,5 milyon manat, xərcləri isə 23 milyard 206,1 milyon manat təşkil edib.

Qazet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 33,6 % və 15 % çoxdur.

Son nəticədə büdcədə 3 milyard 823,4 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 77,2 dəfə çoxdur.