Dövlət Dəniz və Liman Agentliyinə rəhbərliyi İdarə Heyəti həyata keçirəcək
Gündəm
20:10 11 okt, 2021
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsində əksini tapıb
Dövlət Dəniz və Liman Agentliyinin idarəetmə orqanı onun İdarə Heyəti olacaq.
Qazet.az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsində əksini tapıb.
Agentliyə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirəcək. İdarə Heyətinin sədrini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edəcək. İdarə Heyəti sədrinin Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 3 müavini olacaq.