Dövlət Departamenti amerikalıları təcili olaraq Efiopiyanı tərk etməyə çağırıb
Bu barədə “Axios” nəşri Dövlət Departamentinin sözçüsü Ned Praysa istinadən bildirib
ABŞ prezidenti Co Bayden administrasiyası Efiopiyadakı amerikalılara vətəndaş müharibəsinin paytaxt Əddis-Əbəbəyə sıçrayacağı təqdirdə tələyə düşmək riski ilə üzləşməmək üçün dərhal ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.
Qazet.az xəbər verir ki, bu barədə “Axios” nəşri Dövlət Departamentinin sözçüsü Ned Praysa istinadən bildirib.
Onun sözlərinə görə, döyüşlər Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə çatarsa, Amerika pasportu sahibləri insanların Kabildən çıxarılmasına bənzər evakuasiyanı gözləməməlidirlər.
Onun sözlərinə görə, Efiopiyadan gündəlik uçuşlar olur və aviabilet almaq üçün vəsaiti olmayan amerikalılar kömək üçün ABŞ səfirliyinə müraciət edə bilərlər.