Dövlət Departamentinin rəsmisi Türkiyəyə səfər edəcək
Gündəm
07:15 08 okt, 2022

ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə müşavirinin köməkçisi Rena Bitter Polşa, Almaniya və Türkiyəyə səfər edəcək.
Qazet.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, Rena Bitter oktyabrın 7-dən 19-dək Frankfurt, Varşava, Krakov, İstanbul və Ankaraya səfər edəcək.
“Bu səfər xaricdəki ABŞ vətəndaşlarını qorumaq və Birləşmiş Ştatlara qanuni səyahətləri asanlaşdırmaq üçün bizim dərin və davamlı öhdəliyimizi təsdiq edir”, - ABŞ Dövlət Departamentinin məlumatında qeyd olunub.