Dövlət Gömrük Komitəsi büdcəyə əlavə 272 milyon manatdan çox vəsait köçürüb
Biznes
14:18 11 may, 2022
2022-ci ilin yanvar-aprel ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 119,92 % yerinə yetirib
Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci ilin yanvar-aprel ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 119,92 % yerinə yetirib.
Qazet.az xəbər verir ki, bu barədə DGK-nın sədri Səfər Mehdiyev tviter səhifəsində yazıb.
Onun sözlərinə görə, 1 milyard 641,44 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb: "Bu da nəzərdə tutulan proqnozdan 272,64 milyon manat çoxdur".