Bakı 6˚C Windy

Dövlət Neft Fondu AÇG və Şahdəniz yataqları üzrə gəlirləri açıqlayıb

Biznes 17:18 20 iyl, 2022

ARDNF-dən bildirilib

Dövlət Neft Fondu AÇG və Şahdəniz yataqları üzrə gəlirləri açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqları üzrə gəlirləri açıqlayıb.

ARDNF-dən Qazet.az-a verilən məlumata əsasən, bu ilin yanvar-iyun ayları üzrə AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 4 870 mln. ABŞ dolları təşkil edib.
Hesabat dövründə Şahdəniz yatağından (qaz və kondensat) isə gəlirlərin həcmi 633,256 mln. ABŞ dolları olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər bu ilin ilk 6 ayında 219,357 mln. ABŞ dolları təşkil edib.