Dövlət qurumunun kabelləri oğurlandı
Hadisə
18:08 12 noy, 2021
Faktla bağlı araşdırma aparılır
Abşeron Rayon Polis İdarəsinə Fatmayı, Digah və Goradil kəndləri ərazilərində “Aztelekom” MMC-nin Abşeron Filialına məxsus 750 metr kabelin oğurlanması barədə məlumat daxil olub.
Qazet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Mirbalazadə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.