Bakı 23˚C Windy

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il 103 cərimə protokolu tərtib edib

Biznes 19:30 09 mar, 2022

Bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il 103 cərimə protokolu tərtib edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il 16 rayon (şəhər) icra hakimiyyətinin məsul şəxsi barədə 103 protokol yazaraq məsul şəxslərə cərimənin tətbiq olunması üçün müvafiq rayon məhkəmələrə göndərib.

Qazet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, protokollar İnzibati Xətalar Məcəlləsinin 394-1 -ci maddəsində nəzərdə tutulan Tikintilərin Dövlət reystrinin aparılması qaydalarının pozulmasına, yəni məlumatın qanunla müəyyən edilmiş müddətdə reystrə təqdim edilməməsinə görə tətbiq edilib.