Bakı 13˚C Mostly cloudy

Dövlət Turizm Agentliyinin sədrinin müavini vəzifəsinə yeni təyinat olub - FOTO

Gündəm 14:32 24 yan, 2022

 Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb

Dövlət Turizm Agentliyinin sədrinin müavini vəzifəsinə yeni təyinat olub - <span style="color:red">FOTO</span>

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azadə Hüseynova Dövlət Turizm Agentliyi sədrinin müavini təyin olunub.

Qazet.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Azadə Abbas qızı Hüseynova 1984-cü ildə Zəngibasarda anadan olub.

Azərbaycan Dillər Universitetində bakalavr və magistr üzrə təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsili alıb.

Azərbaycanda fəaliyyət göstərən müxtəlif beynəlxalq təşkilatlarda çalışıb. 2018-ci ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Milli Turizm Təbliğat Bürosunda investisiyalar üzrə mütəxəssis, sonrakı dövrlərdə Dövlət Turizm Agentliyində Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri, Turizm siyasəti və strategiyası şöbəsində müdir müavini vəzifələrində çalışıb.

2019-cu ildən etibarən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.

Ailəlidir, iki övladı var.

Azadə Hüseynova