Bakı 3˚C Showers

Dövlət Vergi Xidmətində kadr dəyişikliyi

Gündəm 16:30 11 okt, 2022
Dövlət Vergi Xidmətində kadr dəyişikliyi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini dəyişib.

Qazet.az yerli mətbuata istinadən xəbər verir ki, rəis müavini Elmir Ramazanov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Onun yerinə Kamran Səfərəliyev təyin edilib.

K.Səfərəliyev bu vaxta qədər beynəlxalq mühasibatlıq təşkilatı olan İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) Bakı ofisində çalışıb.

Dövlət Vergi Xidmətində kadr dəyişikliyi