Bakı 1˚C Dreary

Dövlət Vergi Xidmətinin strukturu dəyişdirildi

Biznes 11:40 15 avq, 2022

Qurumun İqtisadiyyat sahələrinin ekspertizası və təhlili bölməsi ləğv edilib

Dövlət Vergi Xidmətinin strukturu dəyişdirildi

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) aparatının strukturunda dəyişiklik edilib.

Qazet.az-ın əldə etdiyi məlumata görə, qurumun İqtisadiyyat sahələrinin ekspertizası və təhlili bölməsi ləğv edilib.

Eyni zamanda iki şöbə yaradılıb. Onlardan biri Layihələrin idarə olunması Şöbəsi, digəri isə İnformasiya təhlükəsizliyi Şöbəsidir.

Bununla da Dövlət Vergi Xidmətinin aparatına tabe qurumların sayı 21-ə çatdırılıb.