Bakı 10˚C Intermittent clouds

Dövlət Xidməti məlumat yaydı

Cəmiyyət 17:55 21 okt, 2022
Dövlət Xidməti məlumat yaydı

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlakçıların düzgün məlumatlandırılmaması barədə 664 müraciət daxil olub.

Qazet.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, 153 müraciət üzrə vətəndaşlara qanunamüvafiq izahat və tövsiyələr verilib, 333 müraciət təmin olunub, 23-ü zəruri sənədlər təqdim edilmədiyindən baxılması dayandırılıb, 60-ı baxılması üçün aidiyyəti orqanlara göndərilib, 5-i baxılması üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunub, 90 müraciət üzrə isə araşdırmalar davam etdirilir.

Statistik göstəricilərə əsasən, daşıma şirkətləri tərəfindən göstərilən xidmət üzrə ümumilikdə daxil olan 260 müraciətdən 200-ü təmin olunub, 45-i üzrə vətəndaşlara qanunamüvafiq izahat və tövsiyələr verilib, 15 müraciət üzrə araşdırmalar davam edir.