Bakı 3˚C Showers

Dövlətə məxsus 14 avtomobil hərracda satılıb

Gündəm 10:16 12 okt, 2022
Dövlətə məxsus 14 avtomobil hərracda satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 14 nəqliyyat vasitəsi satılıb.

Qazet.az-ın quruma istinadən verdiyi məlumata görə, nəqliyyat vasitələrinə ümumilikdə 71 sifariş qəbul edilib, bunun 8-si elektron qaydada həyata keçirilib.

Hərracda Yaponiya istehsalı olan avtomobilə maraq böyük olub. İlkin satış qiyməti 14 000 manat olan “Toyota Corolla” markalı avtomobilə edilən ən son təklif 2 dəfəyə yaxın artaraq 24 450 manata yüksəlib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/32KTRv).

Növbəti hərraclar oktyabrın 18-də və 25-də keçiriləcək. Hərraclara 14 kiçik dövlət müəssisəsi və 74 nəqliyyat vasitəsi çıxarılacaq.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.