Bakı 6˚C Showers

Gələn ilin ən şanslı bürcləri - Pul, sevgi, sağlamlıq vəd edilir

Maraqlı 12:50 26 dek, 2022
Gələn ilin ən şanslı bürcləri - Pul, sevgi, sağlamlıq vəd edilir

Əksər astroloqların fikrincə, 2023-cü il xüsusilə ölkəmiz üçün şəfalı bir il olacaq. İqtisadi rahatlama ilə yanaşı, daxili aləmə səyahətimizdə özümüzü tapacağımız böyük bir bolluq yaşaya bilərik. Təbii ki, bundan daha çox faydalanacaq bürclər də var.

Bəs 2023-cü il hansı bürclər üçün uğurlu olacaq?

Yeni ildən ən uğurlu qalib bürc şübhəsiz ki, Oxatan bürcü olacaq.

Əksər astroloqların fikrincə, Oxatan bürcü olanlar 2023-cü ilin ən şanslı bürcləri arasında olacaq. Oxatan bürcündə doğulanları - iş axtaranların iş tapdığı, karyera axtaranların zirvəsi və təbii ki, sevgi axtaranların gülümsədiyi çox uğurlu və gözəl bir il gözləyir.

2022-cü ildə Dolça bürcündə olanlar üçün ən qarışıq və sevgidən uzaq bir il kimi keçdi. Bu azmış kimi onlar Saturnun qəzəbini də çəkdilər. Ancaq bu, indi sona çatacaq. 2023-cü ildə Dolça bürcündə doğulanları xüsusilə sağlamlıq sahəsində şəfa gözləyir. Bundan əlavə, onlar böyük bir rahatlıq yaşayacaqlar və sevgidə gülümsəyəcəklər!

Emosionallıq dedikdə ağıla gələn bürclərdən biri olan Xərçəng üçün yeni və dinc bir il olacaq. Onlar emosional olduqları üçün yola saldığımız il problemlərlə qarşılaşdılar. Xüsusən də ilin son ayları onlar üçün böyük dramaya çevrildi. Bununla belə, 2023-cü ilin ilk ayları ilə birlikdə daxili dinclik tapacaq, emosional problemlərini bir kənara qoyub karyeralarında böyük sıçrayış yaşayacaqlar.

Bu il Əkizlər bürcünün də üzü güləcək.

Uzun müddətdir ki, bəxtlərinin qara gəlməsindən gülümsəməyən Əkizlər üçün bu vəziyyət yeni ildə çox dəyişəcək. Onlar il boyu yaradıcılıq işləri ilə məşğul olacaq, səhhətində müsbət irəliləyiş olacaq, ən əsası isə bütün məsələlərdə şans bu bürcü izləyəcək.

2023-cü ildə Buğa bürcünün əla başlanğıcı olacaq. Siz hərəkətlərinizi düzgün təşkil edə və planlaşdıra bilərsiniz. Astroloqlar önümüzdəki il üçün vacib qərarları ilin əvvəlində qəbul etməyi tövsiyə edirlər. Evlənmək və ya yeni mənzilə köçmək üçün ən yaxşı vaxt isə 2023-cü ilin ilk bir neçə ayıdır.

Bu, bütün səylərinizin uğurunu təmin edəcəkdir. İlin əvvəlində özünüzü çox şanslı hiss etməyəcəksiniz, lakin bunun sizi ruhdan salmasına imkan verməyin. Uğurlu gününüz çox olacaq. İnsanlar adətən sizin vəziyyətinizdə tamamilə səhv olan tələsik qərarlar verməkdən qorxurlar. Pulla bağlı bəxtiniz bu il o qədər də yaxşı olmayacaq, amma eşq həyatınız qeyri-adi olacaq. O insanın sayəsində həyatınız yaxşılaşacaq. Sevgi həyatınızı dəyişdirsəniz, hər baxımdan böyük uğurlar qazana bilərsiniz.