Bakı 5˚C Mostly cloudy

İran Rusiyanın hərbi cinayətlərinə şərik ola bilər

Gündəm 05:46 10 yan, 2023
İran Rusiyanın hərbi cinayətlərinə şərik ola bilər

"İran Ukraynanın enerji və mülki infrastrukturuna hücum etmək üçün Rusiyaya kamikadze pilotsuz təyyarələr verir"

Qazet.az
 xəbər verir ki, bu sözləri Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə açıqlamasında deyib .

"Mülki əhaliyə qarşı törədilən bu terror aktları müharibə cinayətləridir. Tehran isə onların şəriki mövqeyində qala bilər. Onların silahları Ukraynada dinc sakinləri öldürmək, şəhərləri soyuq və qaranlığa qərq etmək üçün istifadə olunur. Bu da  İranı potensial olaraq irimiqyaslı hərbi cinayətlərə şərait yarada biləcək vəziyyətə gətirir".-deyə o qeyd edib.

Qeyd edək ki, Rusiya keçən ilin sentyabrında "Shahed-131/136" kamikadze dronlarından istifadə etməyə başlayıb. 

O vaxtdan bəri bu silahlar mülki, sonra isə enerji infrastrukturuna zərbələr endirmək üçün istifadə olunub.