Bakı 2˚C Cloudy

“Drujba” kəmərində sızıntı aşkarlandı

Gündəm 12:01 12 okt, 2022
“Drujba” kəmərində sızıntı aşkarlandı

Polşa Rusiyadan Avropaya neft nəql edən “Drujba” kəmərində sızıntı aşkarladığını açıqlayıb.

Qazet.az xəbər verir ki, sızıntıya qəzanın səbəb olduğu bildirilib.

Məlumata görə Polşanın boru kəməri operatoru PERN sızıntının ötən axşam Almaniyaya neft nəql edən əsas xəttə aşkarlandığını açıqlayıb.

Polşanın enerji infrastrukturu üzrə rəsmisi Mateuş Berger “Reuters“ə telefonla verdiyi açıqlamada sızıntının təxribat nəticəsində baş verməsinə inanmaq üçün heç bir əsas olmadığını bəyan edib.

PERN-in bəyanatında sızıntının dəqiq səbəbinin hələki müəyyən edilmədiyi qeyd olunub.

Qeyd edkə ki, “Drujba” neft kəməri Almaniya, Polşa, Belarus, Macarıstan, Slovakiya, Çexiya və Avstriya da daxil olmaqla Rusiya neftinin Avropoya nəqlini həyata keçirən və dünyanın ən böyük neft kəmərlərindən biri hesab edilir.