DSX Akademiyasının kursantının intiharı ilə bağlı cinayət işi açılıb
Hadisə
14:10 18 noy, 2021
Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantının intiharı ilə bağlı cinayət işi açılıb.
Qazetaz xəbər verir ki, buu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, DSX Akademiyasının kursantı, 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır.