Bakı 10˚C Sunny

DSX-dan uğurlu dəniz əməliyyatı: Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Gündəm 13:00 23 noy, 2021

DSX 4KQ 365 qram narkotik vasitənin sərhəddən keçirilməsinin qarşısını alıb

DSX-dan uğurlu dəniz əməliyyatı: <span style="color:red">Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı</span>

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə təd­birləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) Qazet.az-a verilən məlumata görə, noyabr ayının 20-də saat 12:05 radələrində DSX Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafi­zəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı su səthində 1 ədəd şübhəli bağlama aşkarlanıb.

Bağlamaya baxış zamanı ümumi çəkisi 4 kq 365 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb, faktla bağlı əməliyyat-istintaq tədbirlərinə başlanılıb.