DSX İrandan 102 kiloqram narkotikin keçirilməsinin qarşısını alıb
Hadisə
14:05 12 okt, 2021
DSX İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısını alıb
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat xidmətindən Qazet.az-a verilən məlumata görə, Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Sahil Mühafizəsi bölmələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 102 kiloqram 424 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Həmin faktlar üzrə hazırda əməliyyat-istintaq tədbirləri həyata keçirilir.