DSX-nin baş çavuşu intihar etdi
Gündəm
21:28 26 may, 2022
Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

May ayının 26-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Canmirzə Çingiz oğlu Şirəliyev xidmət yerindən kənarda intihar edib.
Qazet.az xəbər verir ki, bu barədə DSX Mətbuat Mərkəzi məlumat yayıb.
Xəbərə görə, ilkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.
Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.