Bakı 6˚C Intermittent clouds

DTA hotellərin qiymətinin tənzimlənməsi prosedurunu açıqlayıb

Cəmiyyət 15:58 18 dek, 2022
DTA hotellərin qiymətinin tənzimlənməsi prosedurunu açıqlayıb

Hotellərin qiymətlərini dövlət tənzimləmir.

Qazet.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə deyib.

O bildirib ki, qiyməti bazar müəyyənləşdirir. Tələb artdıqca qiymətdə yüksəlir. Bayram yaxınlaşdıqca digər sahələrdə olduğu kimi turizm sektorunda da qiymətlər yüksəlir:

“Məsələn, dünən Şahdağda 75 % tutum var idi, baxmayaraq ki, mövsüm təzə başlayıb.

Artıq Şahdağ turizm mərkəzində mart ayına qədər yerlərin əksəriyyəti bron edilib”.