Dua Lipa bir ildə sərvətini ikiqat artırdı!
Maraqlı
12:06 13 dek, 2021
Dua Lipa son 1 ildə sərvətini demək olar ki, iki dəfə artırıb.

Alban əsilli britaniyalı müğənni Dua Lipanın sərvəti 50 milyon funt-sterlinqə çatıb.
Qazet.az xəbər verir ki, İngiltərənin “The Sun” qəzeti Dua Lipanın sərvətini diqqət mərkəzində saxlayıb. Bu il 22,7 milyon sterlin qazanan məşhur müğənninin cəmi 1 ayda 1,9 milyon sterlinq qazandığı ortaya çıxıb.
Ötən il ümumi sərvəti 24,5 milyon funt sterlinq olan Dua Lipa son 1 ildə sərvətini demək olar ki, iki dəfə artırıb.
Albomları Böyük Britaniya və ABŞ hit-paradlarında ən çox satılanlar arasında olan Dua Lipanın həm də sözlərini yazdığı bir çox sənətçi və tanınmış şirkətlərlə reklam müqavilələri var.