Bakı 6˚C Dreary

Dua Lipa "Versace" Milan Moda həftəsində podyumda - FOTO

Maraqlı 14:00 29 sen, 2021

Cici Hadid və Naomi Kampbel, 2022 -ci ilin Yaz / Yay ayları üçün parlaq neon görünüşlər təqdim ediblər

Dua Lipa "Versace" Milan Moda həftəsində podyumda - FOTO

Donatella Versace Milan Moda Həftəsini ulduzlarla dolu uçuş zolağına çevirib.

Qazet.az xəbər verir ki, italyan dəb dizayneri yeni kolleksiyanı təqdim edib.

Burada canlı rənglər, təhlükəsizlik sancaqları və xüsusilə ipək şallar diqqəti cəlb edib.

Səhnədə barok motivli sarı ipək şarflar, ciddi kostyumlar və naxışlı geyimlər nümayiş edilib.

O, "Bahar 2022" şousunu başlatmaq üçün bir sıra ulduzları cəlb edib.  Versace məşhur müğənni Dua Lipanı modellər cərgəsinə daxil edib. Cazibədar geyimi ilə Dua Lipa göz qamaşdırıb.

Təbii ki, dizayner sadəcə onunla kifayətlənməyib, bir sıra məşhur simalar da gecəyə rəng qatıb. İrina Şeyk, Cici Hadid də bu sırada yer alıb.

İzləyicilərini gözəllikləri ilə heyran edən Cici Hadid və Dua Lipa öz “İnstaqram” səhifələrindədə paylaşımlar ediblər.

Qeyd edək ki, Dua Lipanın sevgilisi Cici Hadidin qardaşı Ənvər Hadiddir.

 

Посмотреть эту публикацию в Instagram

Публикация от DUA LIPA (@dualipa)

 

Посмотреть эту публикацию в Instagram

Публикация от Gigi Hadid (@gigihadid)

 

Günay Cavanşir