Duda MKİ direktoru ilə təhlükəsizlik məsələlərini müzakirə edib
Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yasek Severa bildirib ki, ölkəsinin Prezidenti Andjey Duda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns ilə təhlükəsizlik vəziyyətini müzakirə edib.
Qazet.az xəbər verir ki, bu barədə Severa tviter sosial şəbəkəsində yazıb.
"Axşam Prezident Andjey Duda Ankara və Kiyevə səfərindən sonra Varşavada olan Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernslə danışıb. Söhbət zamanı ümumi təhlükəsizlik vəziyyətinə, son hadisələrin kontekstinə toxunulub. Bu gün Polşa-ABŞ xətti üzrə çox iş var”, - Severa qeyd edib.
Polşanın daxili işlər naziri Mariuş Kaminski də tviterdə bildirib ki, Bernslə görüşüb və onunla digər məsələlərlə yanaşı, Polşanın Prjevodov kəndinə düşən raketlə bağlı insidenti də müzakirə edib.