Dünya aviaşirkətləri 2 mindən çox aviareysi ləğv etdi
Gündəm
01:53 25 dek, 2021
Eyni səbəbdən ABŞ-ın “Delta” aviaşirkəti də dekabrın 23-də 90-a yaxın reysin ləğv edildiyini açıqlayıb.

Dünya aviaşirkətləri koronavirus pandemiyası ilə bağlı Milad bayramı ərəfəsində 2028 reysi ləğv edib.
Qazet.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Qeyd olunub ki, ABŞ-ın ən böyük aviaşirkətlərindən biri olan “United Eyrleyns” koronavirusun Omikron ştamının yayılması və COVİD-19-a yoluxma hallarının artması nəticəsində yaranan kadr çatışmazlığı səbəbindən təxminən 120 reysi ləğv edib.
Eyni səbəbdən ABŞ-ın “Delta” aviaşirkəti də dekabrın 23-də 90-a yaxın reysin ləğv edildiyini açıqlayıb.