Bakı -2˚C Windy

Dünya Bankı bu il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Biznes 11:55 06 okt, 2021

Azərbaycanda iqtisadi artım olacağı bəyan edilmişdi

Dünya Bankı bu il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Bu ilun yekununda Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dəyəri ötən ilin yekunu ilə müqayisədə 5% çox olacaq.

Qazet.az xəbər verir ki, bu barədə Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir.

Xatırladaq ki, qurum iyunda açıqladığı hesabatda 2021-ci ildə Azərbaycanda 2,2% iqtisadi artım olacağını bəyan etmişdi.

Dünya Bankı 2022-ci ildə Azərbaycan iqtisadiyyatının 3,1%, 2023-cü ildə isə 2,7% böyüyəcəyini proqnozlaşdırır. Bu isə, iyun proqnozu ilə müqayisədə müvafiq olaraq 0,8% və 0,7% azdır.