Dünya Bankı ilə əməkdaşlıq müzakirə edildi
Azərbaycanla Dünya Bankı arasında rəqəmsal transformasiya və telekommunikasiya sahəsində həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Qazet.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "tviter" səhifəsində məlumat verib.
O qeyd edib ki, bu gün Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl və təşkilatın ölkəmizdə səfərdə olan nümayəndələri arasında görüş keçirilib.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl və təşkilatın ölkəmizdə səfərdə olan nümayəndələri ilə görüşdük. Dünya Bankı ilə rəqəmsal transformasiya və telekommunikasiya sahəsində həyata keçirilən birgə layihələri və gələcək əməkdaşlıq məsələlərini müzakirə etdik. pic.twitter.com/WCpetMpkDN
— Rashad Nabiyev (@RashadNNabiyev) October 27, 2022