Dünya bazarında neft bahalaşıb
WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 1,23% artaraq, 1 bareli 82,27 ABŞ dolları təşkil edib
Yüksək tələbat və OPEC+ alyansının qərarı fonunda dünya bazarlarında neft bahalaşıb.
Qazet.az “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09.00-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 1,11% bahalaşaraq, 1 bareli 83,66 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 1,23% artaraq, 1 bareli 82,27 ABŞ dolları təşkil edib.
Analitiklərin sözlərinə görə, Sədiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin neftin dekabr ayı üçün rəsmi buraxılış qiymətini artırması tələbin yüksək olmasından xəbər verir.
Bundan başqa, neft treyderləri OPEC+ alyansının gündəlik hasilatın 400 min barel artırılması ilə bağlı planı dəyişməməklə bağlı qərarına da diqqət yönəldirlər.