Bakı 24˚C Sunny

Dünya bazarında qızılın qiyməti son 8 ayda ən yüksək həddə çatıb

Biznes 09:11 18 fev, 2022

Qiymətli metalın qiyməti sessiyanın başlanğıcında 1,3% artaraq bir unsiya üçün 1895,8 ABŞ dolları olub.

Dünya bazarında qızılın qiyməti son 8 ayda ən yüksək həddə çatıb

Dünya bazarında qızılın qiyməti 2021-ci ilin iyun ayından bugünədək ilk dəfə bir unsiya üçün 1 900 ABŞ dollarını ötüb.

Bu barədə "Qazet.az" TASS-a istinadən xəbər verir. 

"Comex" birjasında ticarət sessiyasında qızılın qiyməti ABŞ-da geosiyasi gərginlik və yüksək inflyasiya fonunda maksimuma çatıb.

Qiymətli metalın qiyməti sessiyanın başlanğıcında 1,3% artaraq bir unsiya üçün 1895,8 ABŞ dolları olub.