Bakı 22˚C Sunny

Dünya bazarlarında qazın bahalaşması davam edir

Biznes 11:15 07 yan, 2022

Fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 3,867 ABŞ dolları təşkil edib

Dünya bazarlarında qazın bahalaşması davam edir

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Qazet.az-ın məlumatına görə, fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,36% artaraq 3,867 ABŞ dolları təşkil edib.