Dünya böyük təhlükə altındadır - BMT baş katibi
Xəbərlər
23:50 19 sen, 2022
“Hərbi münaqişələrin sayının artması, iqlim dəyişikliyi təhlükəsi və koronavirus pandemiyasının nəticələri səbəbindən dünya böyük təhlükə altındadır”.
"Qazet.az" xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş davamlı inkişaf məqsədlərinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, hər bir yeni təhlükə dünyanı davamlı inkişafdan uzaqlaşdırır: “Biz dünya üçün böyük təhlükənin olduğu bir vaxtda görüşürük. O, münaqişələr və iqlim fəlakətləri, etimadsızlıq və parçalanmalar, yoxsulluq, bərabərsizlik və ayrı-seçkilikdən ibarətdir”.