Bakı 18˚C Mostly sunny

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq

İdman 21:33 02 okt, 2021

Azərbaycanın sərbəst güləşçisi Osloda keçirilən dünya çempionatında yarmfinal görüşünə çıxıb. 

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yarmfinal görüşünə çıxıb. 

Qazet.az-ın məlumatına görə, 86 kq çəki dərəcəsində mübarizə aparan idmançı Deyvid Teylorla (ABŞ) üz-üzə gəlib. 

Qarşılaşmadan məğlub ayrılan Abakarov sabah bürünc medal uğrunda görüşə çıxacaq.  

Qeyd edək ki, Azərbaycanın digər iki güləşçisi mübarizəni dayandırıb. 

16:00

Azərbaycanın 3 sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Qazet.az məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Abubakr Abakarov ardıcıl olaraq Ahmed Dudarov (Almaniya), Məhəmməd Əliyev (Ukrayna) və Sandro Aminaşviliyə (Gürcüstan) qalib gələrək yarımfinala yüksəlib. Abakarov finala gedən yolda Deyvid Teylorla (ABŞ) güləşəcək.

74 kq-da yarışan Coşqun Əzimov 1/16 final mərhələsində Mathayo Mahabilanı (Keniya) yensə də, Azamat Nurikovla (Belarus) bacarmayıb. Nurikov finala çıxsa, Əzimov sabah təsəlliverici görüşlərə qatılacaq.

Kənan Heybətov (61 kq) ilk görüşündə Yaroslav Xurskiyə (Ukrayna) uduzub. Onun rəqibi növbəti raundda məğlub olduğu üçün Heybətov mübarizəni dayandırıb.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.