Dünya çempionatı: İki boksçumuz qalib gəldi
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir.
Qazet.az xəbər veri ki, mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
İlk görüşdə Şarles Peti-Hommu (Haiti) mübarizədən kənarlaşdıran Tayfur Əliyev (-60 kq) 1/16 finalda italiyalı Simone Spada ilə üz-üzə gəlib. Boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Əliyev 1/8 finalda Arslan Xatayevlə (Finlandiya) münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 31-də olacaq.
Onun qardaşı Sərxan Əliyev də dünya çempionatına qələbə ilə başlayıb. 71 kq çəkidə rinqə çıxan boksçu Stiven Nevnsi (Şotlandiya) məğlub edib – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26). Əliyev 1/8 finalda yaponiyalı Yuta Akiyama ilə döyüşəcək. Görüş oktyabrın 31-nə təsadüf edəcək.
Qeyd edək ki, mundialın altıncı günü 2 boksçumuz mübarizə aparacaq. Malik Həsənov (-63,5) Hovannes Baçkovla (Ermənistan), Mirşərif Kazımzadə (-75 kq) Şoma Meşterlə (Macarıstan) qüvvəsini sınayacaq.