Dünya çempionatı ilə bağlı ŞOK İDDİA - "Hamısı yalandır, ayıbdır"
İdman
10:30 18 noy, 2022
“Oyunları izləmək üçün pulla azərkeş gətirildiyi barədə iddialar yalandır”.
Qazet.az xəbər verir ki, 2022 FİFA Dünya Kubokunun baş icraçı direktoru Nasır el-Hatır belə açıqlama verib. O bildirib ki, dünya çempionatının Qətərdə keçiriləcəyi açıqlanandan sonra ölkəyə qarşı əsassız iddialar ortaya atılmaya başlanılıb. Nasır el-Hatır bəyan edib ki, indiki iddiaların da əsası yoxdur. Məqsəd Qətər dövlətinin qüdrətini şübhə altında saxlamaqdır. “Dünya kubokunu izləyəcək azərkeşlərin muzdlu adlandırılması ayıbdır” - Hatır deyib.
Qeyd edək bəzi xarici KİV-lər iddia edib ki, ölkəyə gözlənilən sayda azərkeş gəlmədiyi üçün Qətər hökuməti gündəlik 10 dollar, pulsuz yemək və qalmaq müqabilində Pakistandan onminlərlə "saxta" azərkeş gətizdirib.
Qaynaq