Bakı 3˚C Showers

Dünya Çempionatı üçün yeni qərar: Test tələbi ləğv olundu

İdman 22:47 26 okt, 2022
Dünya Çempionatı üçün yeni qərar: Test tələbi ləğv olundu

Bu il Qətərdə keçirilən Dünya Kuboku üçün ziyarətçilərdən mənfi Covid-19 testi təqdim etmə tələbi qaldırılıb.

Qazet.az xəbər verir ki, bu il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı yeni qərar açıqlanıb. Covid-19 tədbirləri ilə bağlı açıqlama verən Qətər Səhiyyə Nazirliyi, "Ziyarətçilərdən Qətərə gəlməzdən əvvəl daha mənfi Covid-19 testi və ya sürətli antigen testi nəticəsi tələb olunmayacaq" deyə bildirib.

Nazirlik həmçinin bildirib ki, Qətər vətəndaşları və əcnəbi vətəndaşlardan Covid-19 testi mənfi və ya sürətli antigen testi nəticəsində artıq ölkəyə giriş tələb olunmayacaq. Qərar noyabrın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Qətər 1,2 milyon ziyarətçiyə ev sahibliyi edəcək.

Dünya Kuboku bu il ilk dəfə Yaxın Şərq ölkəsində keçiriləcək. Qətər turnirə ev sahibliyi edən ən kiçik ölkədir.  Qətərin təxminən 1,2 milyon ziyarətçiyə ev sahibliyi edəcəyi gözlənilir. Minlərlə azarkeşin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) turizm mərkəzi kimi qonşu ölkələrdə qalması və matçlar üçün Dohaya uçması gözlənilir, çünki Dohadakı bir çox otel nömrələri futbol komandaları, dəstək heyəti və Dünya Kuboku rəsmiləri tərəfindən istifadə olunacaq.

Qətər Dünya Kuboku Təşkilat Komitəsinin baş direktoru Yasir Əl Camal, bir gecədə 2 milyon otaq satıldığını və Qətərin son dəqiqə bilet satışını qarşılamaq üçün daha 30 min otağın hazır vəziyyətdə saxlandığını bildirib. Dünya Kubokunda 32 ölkə iştirak edəcək və Yaponiyanın noyabrın 7-də turnirə gələcək ilk komanda olacağı gözlənilir. Xatırladaq ki, 2018-ci ildə keçirilən turnirdə Fransa çempion olub.