Dünya çempionatının biletləri satışa çıxarıldı
İdman
18:23 19 yan, 2022
Bu barədə FİFA-nın rəsmi açıqlamasında bildirilib
2022-ci ildə Qətərin ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatının oyun biletləri satışa çıxarılıb.
Qazet.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi açıqlamasında bildirilib.
Qeyd olunub ki, biletlərin qiymətləri 70 dollardan satışa çıxarılacaq. Qətər vətəndaşları biletləri 11 dollardan başlayan qiymətlərlə ala biləcək.