Bakı 18˚C Sunny

Dünya çempionatlarında ən gənc yaşda qol vuran “doqquzluq”

İdman 14:09 11 noy, 2022
Dünya çempionatlarında ən gənc yaşda qol vuran “doqquzluq”

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFSH) Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı ərəfəsində daha bir maraqlı araşdırma paylaşıb.

Qazet.az IFFHS-in saytına istinadən xəbər verir ki, bu dəfə mundialların final mərhələrində qol vuran ən gənc futbolçuların siyahısı tərtib olunub.

Siyahıya DÇ-lərdə qol sevinci yaşamış, yaşı isə 20-ə çatmamış 9 futbolçu daxil edilib.

Dünya çempionatları tarixindən ən erkən yaşda qol sevinci yaşamış futbolçu əfsanəvi braziliyalı Peledir. O, DÇ-1958-də Uelslə matçda fərqlənərkən 17 il 239 günlüyündə olub. Maraqlıdır ki, sözügedən mundial Pele üçün daha iki rekordla əlamətdar olub ki, bu rekordlar hələ yenilənməyib.

Həmin dünya çempionatında Fransa ilə matçda het-trik edən braziliyalı əfsanə dünyada bunu ən gənc yaşda bacaran oyunçudur (17 il 244 gün). Bundan cəmi beş gün sonra isə Pele hələ də qırılmayan daha bir rekordu rəsmiləşdirib. O, 17 il 249 günlüyündə DÇ finalında qol vurub.

Mundiallarda qol vuran ikinci ən gənc oyunçu sabiq ingilis hücumçu Maykl Ouendir. “Liverpul” əfsanəsi DÇ-1998-də 18 yaş 190 günlüyündə olarkən Rumıniya ilə matçda fərqlənib.

Tam siyahı aşağıdakı kimidir:

 

Futbolçu

Ölkəsi

Yaşı

İl - Gün

Qol vurduğu tarix

Qol vurduğu komanda

1

Pele

Braziliya

17-239

19/06/1958

Uels 1-0

2

Maykl Ouen

İngiltərə

18-190

22/06/1998

Rumıniya 1-2

3

Nicolae Kovaçs

Rumıniya

18-197

14/07/1930

Peru 3-1

4

Dmitri Sıçev

Rusiya

18-231

14/06/2002

Belçika 2-3

5

Lionel Messi

Argentina

18-357

16/06/2006

Serbiya və Monteneqro 6-0

6

Yulian Qrin

ABŞ

19-025

01/07/2014

Belçika 1-2

7

Divok Origi

Belçika

19-065

22/06/2014

Rusiya 1-0

8

Martin Hoffmann

Şərqi Almaniya

19-088

18/06/1974

Çili 1-1

9

Konstantin Stansiu

Rumıniya

19-092

14/07/1930

Peru 3-1