Dünya çempionu olmuş fransalı futbolçu karyerasını başa vurdu
İdman
01:03 24 dek, 2022
Fransa millisinin sabiq futbolçusu Blez Matyuidi peşəkar karyerasını başa vurub.
Qazet.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Futbol, səni sevdim. Mənə çox şey verdin. Keçdiyim yola baxanda gözümdən yaş süzülür. Bütün arzularımı yerinə yetirdim. Bu səhifəni çətinliklə, amma qürurla çevirirəm. Bu yolda məni müşayiət edən insanlara təşəkkür edirəm", - deyə futbolçu yazıb.
Qeyd edək ki, Fransa yığması ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olan Blez Matyuidi son olaraq ABŞ-ın "İnter Mayami" klubunda çıxış edib.
Futbolçu Fransa millisində 84 oyuna çıxıb və 9 qol vurub. 2018-ci ildə milli komanda ilə birlikdə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.