Dünya əhalisinin sayı 8 milyarda çatdı
Cəmiyyət
09:55 15 noy, 2022

Dünya əhalisinin sayı 8 milyard olub.
Qazet.az xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilib.
Qeyd edək ki, BMT-nin 2008-ci ildə etdiyi təxmini hesablamalara görə, dünya əhalisinin sayı 2025-ci ildə 8 milyarda çatmalı idi.
Bu isə sözügedən dövrdən 3 il tez baş verib.
Dünya əhalisinin sayı 1900-cü ildə 1.6 mlrd, 1960-da 3, 2000-də 6 mlrd idi.