Bakı 5˚C Cloudy

Dünya Kuboku Bakıda keçiriləcək

İdman 12:55 14 dek, 2022
Dünya Kuboku Bakıda keçiriləcək

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti dəfə Azərbaycana böyük etimad nümayiş etdirib.

Azərbaycan Şahmat Federasiyasından Qazet.az-a verilən məlumata görə, FIDE şahmat dünyasının nüfuzlu yarışlarından biri sayılan Dünya Kubokunun təşkilatçılığını Azərbaycana həvalə edib.

Yarış 2023-cü il iyulun 29-dan avqustun 26-dək Bakıda təşkil olunacaq.

Qeyd edək ki, bu Azərbaycanın ev sahibliyi edəcəyi ikinci Dünya Kuboku yarışı olacaq. İlk dəfə Bakı 2015-ci ildə Dünya Kubokuna ev sahibliyi edib.