Bakı 9˚C Intermittent clouds

Dünya mafiyasına satılan ən təhlükəsiz telefon FTB-nin izləmə vasitələri imiş - VİDEO

Gündəm 13:42 03 dek, 2021

Telefonun satıcısı FTB-nin xüsusi əməliyyatı üçün cinayətkarları izləyib

Dünya mafiyasına satılan ən təhlükəsiz telefon FTB-nin izləmə vasitələri imiş - <span style="color:red">VİDEO</span>

Avstraliyanın proqram təminatçılarından biri yerli polis və ABŞ FTB-si ilə əlbir olaraq yüzlərlə cinayətkarı aldadıb.

Qazet.az xəbər verir ki, illərlə eyniadlı xüsusi messencerin quraşdırıldığı ən təhlükəsiz smartfon kimi dünya mafiya başçılarına satılan “Anom”un əslində izləmə vasitəsi olduğu ortaya çıxıb.

Məlum olub ki, telefonun satıcısı FTB-nin xüsusi əməliyyatı üçün cinayətkarları izləyib.

İndiyədək 300-dən çox cihaz müxtəlif ölkələrdəki alıcılara göndərilib. Cihazlardan gələn bütün mesajları və məlumatları izləməsi və yönləndirməsi sayəsində xüsusi xidmət orqanları 18 ölkədə 800-dən çox insanı saxlayıb.

Video: Baku Tv