Dünya ölkələrinin mərkəzi bankları rekord həcmdə qızıl alıb
Biznes
06:16 02 noy, 2022
2022-ci ilin üçüncü rübündə dünya ölkələrinin mərkəzi bankları 399,3 ton qızıl alıb. Bu, 2022-ci ilin ikinci rübü ilə müqayisədə 115% çoxdur.
Qazet.az xəbər verir ki, bunu “World Gold Council” (WGC) təşkilatının hesabatından görmək olar.
Qeyd olunub ki, mərkəzi banklar tərəfindən 399,3 ton qızıl alışı son 22 ilin ən böyük göstəricisidir. Hətta 2018-ci ilin üçüncü rübündə qeydə alınan əvvəlki rekord indiki göstəricidən demək olar ki, iki dəfə aşağı olub, yəni 241 ton təşkil edib.
Hesabatda qeyd olunub ki, 2022-ci ilin əvvəlindən qızıl alışının həcmi 673,01 ton təşkil edib ki, bu da 1967-ci ildən bəri bütün analoji göstəricilərdən yüksəkdir.
Eyni zamanda,bu il ən çox qızıl alıcıları Türkiyə, Özbəkistan və Qətər Mərkəzi Bankları olub.