Dünya şöhrətli dizayner vəfat etdi
Maraqlı
14:05 09 avq, 2022
BBC məlumat yaydı
Yaponiyalı məşhur dizayner İssey Miyake dünyasını dəyişib.
Qazet.az “BBC”-yə istinadən xəbər verir ki, dizayner 84 yaşında dünyasını dəyişib.
Yaponiyalı dizaynerin qaraciyər xərçəngindən öldüyü bildirilir.
1938-ci ildə Xiroşimada doğulan dizayneri ABŞ-da “atom bombasından sağ qalan” deyə adlandırırdılar.
2009-cu ildə dizayner haqqında məşhur “Nyu-York Tayms” qəzeti yazı dərc edib.