Dünya üzrə koronavirusa yoluxanların sayı 275 milyona yaxınlaşır
Gündəm
14:07 20 dek, 2021
Bu barədə Baltimorda yerləşən Cons Hopkins Universiteti məlumat yayıb

Dünyada koronavirusa yoluxanların sayı dekabrın 20-si səhər saatlarına olan vəziyyətə görə, 274 696 123 nəfər olub.
Qazet.az xəbər verir ki, bu barədə Baltimorda yerləşən Cons Hopkins Universiteti məlumat yayıb.
Pandemiya başlayandan bu yana dünyada koronavirusa yoluxanlatrın 5 354 324 nəfəri dünyasını dəyişib.
Yoluxma və ölüm sayına görə birinci yerdə ABŞ (50 846 823 və 806 438 nəfər), sonrakı yerlərdə Hindistan (34 746 838 və 477 554 nəfər) və Braziliya (22 213 762 və 617 803 nəfər) qərarlaşıb.