Dünyaca məşhur fulbolçu “Qalatasaray”a görə azarkeşin barmaqlarını qırdı
Xəbərlər
08:45 20 noy, 2022
“Beşiktaş”ın unudulmaz oyunçularından olan keçmiş futbolçu Paskal Numa azarkeşlə şəkil çəkdirərkən əsəblərinə hakim ola bilməyib və pərəstişkarına yumruq atıb.
Qazet.az Sabah-a istinadən xəbər verir ki, səbəb isə onunla şəkil çəkdirən gəncin “Qalatasaray”ın çempionluğunu simvolizə edən 4 işarəsini göstərməsi olub. Bundan qəzəblənən Numa fanatını döyüb, barmağını sındırıb.
Zərərçəkən şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət edib.
Numa ifadə vermək üçün polis bölməsinə aparılıb.