Dünyada 5 milyon insan koronadan öldü
ABŞ COVİD-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir.
Dünyada COVİD-19 infeksiyasından ölənlərin sayı 5 milyon nəfəri ötüb.
Qazet.az xəbər verir ki, bu barədə pandemiyanın statistikasını aparan “Vörldometers” saytında məlumat yayılıb.
Saytın bu gün saat 21:00 radələrinə olan məlumatına görə, koronavirusdan 5 milyon 854 ölüm halı qeydə alınıb. İnfeksiyaya yoluxanları sayı 246 milyon 564 min nəfəri ötüb. Eyni zamanda, 223 milyon 365 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 18 milyon 198 min aktiv xəstədən 75 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.
ABŞ COVİD-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir.
Xatırladaq ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.